“Haaqa məhkəməsi bu qərarı verməli idi, əks halda...” – Səməd Seyidov

15:18 / 08.12.2021
846
"Beynəlxalq
Ədalət Məhkəməsi Ermənistanın irəli sürdüyü əsassız iddiaları qəbul etməməyə məcbur
idi. Qurum rəsmi İrəvanın iddialarını qəbul etsəydi, bu onun imicinə ciddi
ziyan vuracaqdı”.
Bu sözləri
Sfera.az-a Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə
heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidov deyib.
S. Seyidov
qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi bu qərar uzunmüddətli bir
prosesin ilkin mərhələsidir:
"Ermənistan
ilkin mərhələdə ən vacib iddialarını ortaya qoydu və Beynəlxalq Ədalət Məhkəməsi də rəsmi
İrəvanın bu iddialarını rədd etdi. Hazırda beynəlxaq müstəvidə ermənilərin
saxta iddiaları gündəmdən düşməyə başlayıb və yalan, böhtan olduğu təsdiqlənir.
Ermənilər hansısa bir yalan yaradır, ona xalq olaraq inanır, yekunda isə bunu
dünyaya yayır. Elə götürək 100 il öncə ermənilərə qarşı törədilən əsassız soyqrım aktını. Ermənilər bu məsələni
müxtəlif ölkələrdə təbliğ etsələr də, bunu
heç vaxt Beynəlxalq Ədalət
Məhkəməsinin gündəliyinə çıxartmayıb. Ermənilər yaxşı bilir ki, məsələ ətraflı
araşdırılsa nəticəsi onlara sərf etməyəcək”.
Deputatın
sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın irəli sürdüyü əsassız
iddiaları qəbul etməməsi yekun qələbə demək deyil:
"Təəssüf ki,
biz bu kimi məsələlərdə bir az tələsir, erkən qərarlar veririk. Hesab edirəm
ki, tələsməməliyik və təmkinli
şəkildə prosesi izləməliyik. Çünki gələcəkdə də Ermənistan yeni iddialar ilə
Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edə bilər. Düzdür, bunun nəticəni dəyişəcəyini
düşünmürəm, lakin hər halda ermənilərin gələcək iddialarına qarşı bugünkü kimi
hazır və ayıq-sayıq olmalıyıq”.
S. Seyidov
Ermənilərin Beynəlxalq Ədalət Məhkəməsi nəticəsini özlərinin lehinə təqdim etməsi
haqda danışıb:
Turan Rzayev