Rusiyanın xüsusi nümayəndələri İrəvana gəldilər - Azərbaycanla sərhəddə delimitasıya başlaya bilər

Siyasət
14:10 / 08.12.2021
622
Rusiya Demarkasiya və Delimitasiya Komissiyasının nümayəndələri xüsusi hərbi təyyarə ilə İrəvana gəliblər.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak” qəzeti məlumat yayıb.
Bildirilir ki, Rusiya Müdafiə Nazirliyinin xüsusi təyinatlı təyyarəsinin gətirdiyi nümayəndələr bu gün İrəvandakı "Erebuni” hərbi hava limanına eniblər.
"Hraparak”ın məlumatına görə, Ermənistan-Azərbaycan sərhədində delimitasiya və demarkasiya prosesinə bu həftə başlanıla bilər.
"Demarkasiya və delimitasiya komissiyasının erməni nümayəndələrinin kim olacağı hələlik məlum deyil. Əldə etdiyimiz məlumata görə, komissiyanın işinə Rusiya sülhməramlılarının Qarabağdakı keçmiş komandanı, general-leytenant Rüstəm Muradov rəhbərlik edəcək”,-deyə adı çəkilən nəşr yazıb.
Ermənistan Müdafiə Nazirliyinin İnformasiya şöbəsinin rəisi Qorq Altunyan jurnalistin bu məslə ilə bağlı sualına konkret cavab verməkdən yayınıb. O bildirib ki, Müdafiə Nazirliyinin funksiyalarının 90%-i məxfidir.