“Ermənistanda bir nəfər belə azərbaycanlı yoxdur, amma olmaldır!” - Deputat

“Ermənistanda bir nəfər belə azərbaycanlı yoxdur, amma olmaldır!” - Deputat
"Azərbaycanlılar BMT- nin  Beynəlxalq Məhkəməsinin qərarına istinad etməklə, öz dədə-baba yurduna qayıtmalıdır”.
 
Sfera.az bildirir ki, bunu Mili Məclisin deputatı Sahib Alıyev deyib. 

"BMT-nin  Beynəlxalq Məhkəməsi Ermənistandan orada azərbaycanlılara qarşı diskriminasiyaya son qoymağı tələb edərək bununla bağlı qərar çıxardı. Taleyin istehzasına baxın ki, bu qərar o torpaqların aborigen xalqı olan azərbaycanlıların sonuncu etnik təmizləməylə üzləşmələrinin 33-cü ildönümündə baş verdi”, - deyə bildirən deputat əlavə edib ki, hazırda Ermənistanda bir nəfər belə azərbaycanlı yoxdur:

"Amma olmaldır! Biz öz yurdumuza qayıtmalıyıq. Hansı statusla? Bax, burada ATƏT-in Minsk qrupunun vasitəçiliyinə ehtiyac duyula bilər”.

Xatırladaq ki, ötən gün Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müvəqqəti qərar verib. Məhkəmənin qərarına əsasən, Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövləti təcili tədbirlər görməlidir. Ermənistan Respublikası BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyası çərçivəsində götürdüyü öhdəliklərinə uyğun olaraq, öz ərazisində təşkilatlar və özəl şəxslər də daxil olmaqla azərbaycanlı milli mənsubiyyəti olan şəxslərə hədəflənmiş irqi ayrı-seçkiliyə təhrik və təşviqin qarşısını almalıdır”, - deyə qərarda bildirilir.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR