Ermənistanın daha bir arzusu puç oldu – İran yükləri Azərbaycandan keçməklə Qara dənizə çatdırılacaq

Ermənistanın daha bir arzusu puç oldu –  İran yükləri Azərbaycandan keçməklə Qara dənizə çatdırılacaq
İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılığa gəlib.

Sfera.az İSNA-ya istinadən xəbər verir ki, bu haqda İranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) rəsmisi deyib.

RMTO-nun Beynəlxalq Tranzit və Daşımalar İdarəsinin Baş direktoru Cavad Hedayətinin sözlərinə görə, Azərbaycan və Gürcüstanla (avtomobil nəqliyyatı ilə bağlı) iki görüş keçirilib və hər iki ölkəyə tranzit dəhlizinin yaradılması təşəbbüsü təklif olunub. C.Hedayəti xatırladıb ki, bu plan ilk dəfə 8 il əvvəl təklif edilib, lakin bir çox ölkənin bu sazişə cəlb olunması səbəbindən həyata keçirilməyib və tərəflər konsensus əldə edə bilməyib. Onun fikrincə, bu yeni marşrutun yaradılması Fars körfəzini Qara dənizə birləşdirəcək: 

"Yaxın 4 ay ərzində İran mallarının Astara sərhədindən Azərbaycana, həmçinin Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə Bolqarıstana və ya digər Şərqi Avropa ölkələrinə çatdırılması üçün İrandan bəzi pilot yüklər göndəriləcək. Biz bu layihənin pilot mərhələsini (cari İran təqvimi) ilin sonunadək (2022-ci ilin martın 20-dək) həyata keçirməyə çalışırıq ki, maneələr və problemlər müəyyən olunsun və nəhayət, üç ölkə arasında göndərmə xərclərini və vaxtı azaltmaq üçün mexanizmin yaradılması ilə bağlı yekun üçtərəfli görüş keçirilsin”.

Qeyd edək ki, bu razılaşma İranın əvvəllər irəli sürdüyü İran-Ermənistan-Gürcüstan tranzit avtomobil yolunun yaradılması ideyasının qeyri-real olduğunu və onun gerçəkləşməyəcəyini təsdiqləyir. Rəsmi Tehran 2012-ci ildən Ermənistandan keçməklə Gürcüstana, oradan isə Qara dənizə avtomobil yolu ilə çıxış imkanı əldə etmək istəyirdi. Bu tranzit yolunun yaradılmasında məqsəd Ermənistanın iqtisadi imkanlarını yaxşılaşdırmaqla bərabər, Qara dəniz vasitəsilə Bolqarıstan və Yunanıstanla ticarət əməliyyatlarının artırılmaydı. 

Lakin bu ideya qeyri-real idi. Çünki tranzit xəttinin reallaşdırılması üçün Ermənistanda zəruri infrastruktur yaradılmamışdı. Ermənistanda mövcud olan avtomobil yolları çoxsaylı yük daşımalarının intensiv həyata keçirilməsinə imkan vermir. İntensiv yükdaşımanı təmin etmək üçün Ermənistanda cənub sərhəddi ilə şimal hissəsini birləşdirən və çoxlu sayda tünellərdən, körpülərdən ibarət olan yeni magistral yol inrastukturu qurulmalıdır. 

Təxmini hesablamara görə, bunun üçün Ermənistan 3 milyard dollardan çox vəsait xərcləməlidir. Son 8-10 ildə Ermənistan bu magistralın yaradılmasına cəmi 500 milyon dollar xərcləyib və çəkilən yollar zəriri amartizasiya xərcləri ayrılmadığından ciddi zədələnib.

İqtisadi baxımdan Ermənistan tranzit imkanlarını yarada bilmədiyindən İran Qara dənizə gedən yolu Azərbaycandan keçməklə təmin etməyə məcbur qaldı. 
Çünki Azərbaycan 2018-ci ildə Ələt-Astara-İran magistral yolunu istifadəyə verib, bundan öncə isə Ələt-Gəncə və Gəncə-Qazax yolu yenidən qurulub.  Azərbaycan ərazisində mövcud olan yol infrastrukturu İrandan Qara dəniz limanlarına və əks istiqamətdə yüklərin çatdırılmasına imkan verəcək. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...