Əliyevin CİDDİ MESAJI: “Paşinyan gələn ildən məcbur olacaq ki...”

16:14 / 07.12.2021
1418
"Ermənistanın Brüssel görüşündə əldə edilən razılaşmaların icrasını deyil, ATƏT-in Minsk qrupunun fəaliyyəti və "status" məsələsini gündəliyə çıxarması gözlənilir”.
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi Qərbə arxayın olub, danışıqların axarını dəyişdirməyə cəhd edir:
"Burada erməni lobbisi də əsas rol oynayır. Məhz ötən gün prezident İlham Əliyevin Ermənistandan "Zəngəzur" dəhlizinin açılması ilə bağlı tarix tələb etməsi ciddi mesajdır. Onlar anlaşmaları yerinə yetirməz və bu razılaşmalardan çıxarlarsa, ciddi mənfi nəticələrlə üzləşə bilərlər. Prezidentin mesajı da bu xüsusdadır”.
Politoloq Azərbaycanın əsas tələbindən də söz açıb:
"Biz Ermənistanın Brüssel görüşünə arxayın olmaqdansa, Zəngəzur dəhlizinin açılması ilə bağlı vaxtı məüyyən etməsini istəyirik. Nikol Paşinyan Soçi Bəyannaməsini və digər iki razılaşmaları gələn ildən yerinə yetirməyə məcbur olacaq”.
Günay Rəsulqızı
Sfera.az