Avronun dizaynı dəyişdiriləcək

Avronun dizaynı dəyişdiriləcək
Avropa Mərkəzi Bankı 2024-cü ilə qədər avro əskinasları üçün yeni dizayn yaratmağı planlaşdırır. 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda bankın saytında məlumat yerləşdirilib.

Avronun dizaynı son 20 ildə ilk dəfə dəyişdiriləcək. Bundan əvvəl də əskinaslara müəyyən dəyişiklik edilib. Lakin bu dəyişikliklər yalnız saxtakarlıqdan qorunmaq üçün yeni vasitələrin əlavə edilməsindən ibarət olub. Bu dəfə dəyişiklik daha fərqli olacaq və bunun üçün avropalıların fikri öyrəniləcək. 

Əskinasların dizaynı ilə bağlı avrozona sakinlərinin fikirlərini toplamaq üçün fokus qruplar yaradılacaq. Sonra xüsusi məsləhət qrupuna avrozonanın bütün ölkələrindən milli banklar tərəfindən seçilmiş nümayəndələr daxil olacaq. Müzakirələrdə müxtəlif sənaye sahələrinin nümayəndələri (tarixçilər, memarlar, riyaziyyatçılar, fotoqraflar və s.) də iştirak edəcəklər.

Yekun qərar Mərkəzi Bank tərəfindən ictimai məsləhətləşmələrdən sonra veriləcək. Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard deyib ki, artıq əskinasların bütün yaş və mənşəli avropalılara daha yaxın olması üçün onların xarici görünüşünə yenidən baxmağın vaxtı çatıb. Yeni dizayn üçün seçim prosesi rəqəmsal avronun inkişafı ilə paralel gedəcək.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...