Erməni spiker Zəngəzurda əsir düşən hərbçiləri fərari adlandırdı

Siyasət
14:49 / 07.12.2021
627
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan noyabrın 16-da Zəngəzurda əsir düşən hərbçiləri fərari adlandırıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Alen Simonyanın hərbi əsirlərlə bağlı qalmaqallı açıqlamalarının videoyazısı internetə sızıb.
"Bunlar silahı yerə atıb qaçan, azmış adamlardır. Mən bu barədə ictimaiyyətə danışa bilmərəm. Sizə maraqlı deyil ki, məhbusların valideynləri niyə indi fəal deyillər? Çünki bu insanlar əsgərlərin fərarilik etdiyini bilirlər. Silahlarını qoyub qaçdılar, əsir düşdülər”.