Rusiya ABŞ-ın gözləmədiyini etdi - Dollara qarşı “Hindistan rəqsi”...

Rusiya ABŞ-ın gözləmədiyini etdi - Dollara qarşı “Hindistan rəqsi”...
Rusiya və Hindistan silah müqavilələri bağlayarkən qarşılıqlı ödənişlərdə dollardan imtina edib. Tərəflər bundan sonra bütün ödənişlərini rubl və rupi ilə həyata keçirəcək.
 
Maraqlıdır, rəsmi Moskva və Dehlinin bu addımı ABŞ-ın dollar hegemonluğuna zərbə vura biləcək?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Rusiya və Hindistanın qarşılıqlı ödənişlərdə dollardan imtinası ABŞ-ın dollar üzərindən digər dövlətlərə təsir imkanlarını zəiflətməyə hesablanıb:

"Bu, ilk belə hal deyil. Ehtimal ki, sonuncu da olmayacaq. Məsələ ondadır ki, hazırda ABŞ-ın sanksiyalarından və dollar diplomatiyasından təngə gələn ölkələr antidollar kampaniyasına başlayıb. Misal üçün, 2014-cü ildə Çin ilə Rusiya arasında ticarətin milli valyutalar ilə edilməsinə dair müqavilə imzalandı. Müqavilənin imzalanmasından 7 il keçib və iki ölkə arasında ticarət dövriyyəsi 80 milyard dollardan 120 milyard dollar səviyyəsinə çatıb. Lakin ümumi ticarət dövriyyəsinin cəmi 4 faizi milli valyuta üzərindən aparılır. Düzdür, müqavilədən sonra dollardan istifadə azalıb, lakin əvəzində avrodan istifadə artıb.
Məsələ ondadır ki, hazırda dünya ticarətinin 70 faizi dollar üzərindən həyata keçirilir. Özəl sektor da təbii olaraq həmişə məzənnə oynaqlığından özünü sığortalamaq istəyir. Misal üçün, Rusiya və Hindistan arasında imzalanan hazırkı müqavilə dövlət səviyyəli müqavilədir. Dövlət istənilən halda özünü sığortalaya bilər. Özəl sektorun isə belə bir imkanı yoxdur. Özəl sektor çətin ki, bu tezlikdə ticarət dövriyyəsində dollardan imtina edib, milli valyutaya keçsin”.

Ekspertin sözlərinə görə, rupi də, rubl da oynaq məzənnəyə sahibdir:
 
"Düzdür, rupiyə nəzərən rubl iki ilə yaxındır dar koridordadır. Lakin rupidə oynaqlıq daha çoxdur. Buna görə də özəl sektorun bu prosesə qoşulmasını ehtimal etmirəm. Ehtimal ki, özəl sektor özünü sığortalamaq üçün çarpaz məzənnə ilə hesablama aparacaq. Ümumilikdə isə deyə bilərəm ki, Çin Rusiya və Hindistanın başlatdığı bu tendensiya davam etsə, gələcəkdə dolların hegemonluğu sarsıla bilər”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işa...

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazandı

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.   Sfera.az xəbər verir ki, yarımfinalda rəq...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...