Tofiq Yaqublunu döyənlər polislər deyil - NAZİR

Tofiq Yaqublunu döyənlər polislər deyil - NAZİR
Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı DİN başçısı, general-polkovnik Vilayət Eyvazovla görüşüblər.

Sfera.az xəbər verir ki, bununla bağlı "Turan"a danışan S.Qocamanlı görüşdə insan hüquqları ilə bağlı narahatlıq doğuran bir sıra məsələləri müzakirə etdiklərini bildirib.

"Əlbəttə ki, Tofiq Yaqublunun məsələsi, dekabrın 1-də aksiyada saxlanıldıqdan sonra onun vəziyyəti diqqət mərkəzində oldu", - deyə Qocamanlı qeyd edib.

S.Qocamanlının sözlərinə görə, nazir polis əməkdaşları tərəfindən Yaqubluya qarşı zorakılığa yol verilməsi ehtimalını istisna edib:

"Nazir müxalifətçinin şikayətinin prokurorluq orqanları tərəfindən araşdırıldığını və nəticələri gözləməli olduğumuzu qeyd etdi".

OXŞAR XƏBƏRLƏR