BMT-nin Beynəlxalq Məhkəməsi hansı qərarı verəcək? – “Qurum nüfuzunu qorumaq istəyirsə...”

BMT-nin Beynəlxalq Məhkəməsi hansı qərarı verəcək? – “Qurum nüfuzunu qorumaq istəyirsə...”
BMT-nin Beynəlxalq Məhkəməsi bu gün "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiyanın pozulması iddiası üzrə qərar çıxaracaq.
 
Maraqlıdır, BMT-nin Beynəlxalq Məhkəməsi qarşlıqlı iddialarla bağlı necə qərar verə bilər? Məhkəmənin Azərbaycan, yaxud Ermənistan lehinə qərar verməsi gözləniləndirmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Elman Nəsirov BMT-nin öz imici üçün müsbət qərar qəbul etməli olduğunu bildirib:



"Hər kəsə gün kimi aydın olan məsələdir ki, bir milyondan artıq məcburi köçkün və qaçqının yaranmasının səbəbkarı Ermənistan dövləti olub. Onlar Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçiriblər. Eyni zamanda ermənilər Azərbaycanın tarixi abidələrini, mədəni irsini məhv ediblər. Biz bütün bu reaallıqların fonunda Ermənistana qarşı məhkəmə iddiası ilə çıxış etmişik. BMT öz simasını qoruyub saxlamaq üçün ədalətli bir qərar qəbul etməlidir. Əgər BMT Ermənistanın xeyrinə, yaxud balanslı qərar qəbul etsə, bu onsuz da nüfuzu xeyli zəifləmiş BMT-ə, onun strukturlaına və ədalət prinsipinə ağır zərbə olacaq. Ona görə də BMT ilk növbədə 30 ildə icra etmədiyi sənədləri icra edən Azərbaycana qarşı müsbət istiqamətdə qərar qəbul etməlidir.
BMT-nin nizamnaməsinin 25-ci maddəsində yazılıb ki, BMT-nin qəbul etdiyi qətnamələrin icrası məcburidir. Bu gün sözgedən təşkilatın üzərinə böyük məsuliyyət düşür. Onun laxlayan nüfuzu üçün doğru qərarın verilməsi vacibdir". 
 
Millət vəkili Sabir Rüstəmxanlı isə BMT-nin Ermənistan lehinə qərar çıxarmasının da mümkün ola biləcəyini qeyd edib:



"Mən bu məsələ ilə bağlı konkret olaraq necə qərar çıxarılmasını deyə bilmərəm. Ermənistan BMT-nin qətnamələrini bundan əvvəl də yerinə yetirməyib. BMT tərəfindən Ermənistanın növbəti yalan iddiasını təsdiqləyən qərar da çıxa bilər. Ermənistan həmişə öz yalanlarına, riyakarlıqlarına don biçməyi bacarır. Əgər biz yubansaq, işğaldan azad olunan ərazilərmizdəki dağıntılarla bağlı həqiqətləri dünyaya çatdırmasaq, sabah Ermənistan bunu fərqli formada təqdim edəcək. Azərbaycan təkcə BMT  məhkəməsində yox, Avropa məhkəməsində də sözügedən məsələlərlə bağlı iddia qaldırılmadır".
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Dubay şokoladının tərkibində elə gizli maddə var ki...

Son dövrlərdə sosial şəbəkələrdə populyarlıq qazanan Dubay şokoladı yalnız dadı ilə deyil, təhlükəli tərkibi ilə də gündəmə gəlib. Parıltılı qablaşdırması və də...

İngiltərədə saxlanılan unikal Corc Oruell arxivi: Onu hansı təhlükə gözləyirdi?

London Universitet Kolleci (UCL) 1984-cü il kult distopik romanının müəllifi Corc Oruellin arxivini “Britaniyanın mədəni irsinin dəyərli hissəsi” ki...

Prezident onları ayaq üstə alqışladı - VIDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az xəbər v...

Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında maraqlı paylaşım edib.   Sfera.az xəbər verir ki, birinci xanım Prezidentlə mahnı di...

Mahmud Abbas: Fələstin Qəzzada atəşkəsə nail olmağa çalışır

Fələstin Qəzza sektorunda atəşkəsin əldə edilməsinə və humanitar məsələlərin həllinə nail olmaq istəyir.   Sfera.az TASS-a istinadən xəbər verir ki, ...

Pakistan-Hindistan anlaşmasına Türkiyədən REAKSİYA

Pakistan və Hindistan arasında atəşkəs qərarının qəbul edilməsindən məmnunuq.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin ...