İlham Əliyev və Mehriban Əliyeva Qubada - FOTOLAR

İlham Əliyev və Mehriban Əliyeva Qubada - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfərə gediblər.

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olub, "Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib.

Dövlətimizin başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə, Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olub və Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşüb, qəsəbə sakinləri ilə birgə ulu öndər Heydər Əliyevin Qonaqkənd qəsəbəsində ucaldılan abidəsinin önünə gül dəstəsi qoyublar.

Sonda xatirə şəkli çəkdirilib.

OXŞAR XƏBƏRLƏR

Dubay şokoladının tərkibində elə gizli maddə var ki...

Son dövrlərdə sosial şəbəkələrdə populyarlıq qazanan Dubay şokoladı yalnız dadı ilə deyil, təhlükəli tərkibi ilə də gündəmə gəlib. Parıltılı qablaşdırması və də...

İngiltərədə saxlanılan unikal Corc Oruell arxivi: Onu hansı təhlükə gözləyirdi?

London Universitet Kolleci (UCL) 1984-cü il kult distopik romanının müəllifi Corc Oruellin arxivini “Britaniyanın mədəni irsinin dəyərli hissəsi” ki...

Prezident onları ayaq üstə alqışladı - VIDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az xəbər v...

Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında maraqlı paylaşım edib.   Sfera.az xəbər verir ki, birinci xanım Prezidentlə mahnı di...

Mahmud Abbas: Fələstin Qəzzada atəşkəsə nail olmağa çalışır

Fələstin Qəzza sektorunda atəşkəsin əldə edilməsinə və humanitar məsələlərin həllinə nail olmaq istəyir.   Sfera.az TASS-a istinadən xəbər verir ki, ...

Pakistan-Hindistan anlaşmasına Türkiyədən REAKSİYA

Pakistan və Hindistan arasında atəşkəs qərarının qəbul edilməsindən məmnunuq.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin ...