Gülşən konsertə geyimi ilə damğa vurdu - FOTOLAR

14:15 / 06.12.2021
891
Son zamanlar iddialı geyimləri ilə diqqət çəkən türkiyəli müğənni Gülşən yenə müzakirə obyektinə çevrilib.
Sfera.az bildirir ki, 45 yaşlı ifaçı ötən axşam Bursada sevənləri ilə bir araya gəlib. Konsertdə mahnıları ilə izləyicilərini əyləndirən Gülşənin geyim seçimi gecəyə damğa vurub. Popçu əvvəlki konsertlərində olduğu kimi, dərin yarıqlı, kürəyi və beli dekolteli libas geyinməyə üstünlük verib. Onun bu tərzi sosial medianın gündəminə çevrilib. İfaçının seçimini bəyənənlərlə yanaşı, tənqid edənlər də olub.
Qeyd edək ki, bundan qabaq, Gülşənin İzmir konsertindəki transparan geyimi səs-küyə səbəb olmuşdu. İfaçı bununla bağlı danışarkən "Nə geyindiyimə, nə düşündüyümə, necə yaşamaq istədiyimə yalnız özüm qərar verə bilərəm”, - deyə bildirmişdi.
Türkan
Sfera.az