“Vergi Məcəlləsi”nə edilən dəyişiklik mənzil bazarına təsir edəcək? - Açıqlama

“Vergi Məcəlləsi”nə edilən dəyişiklik mənzil bazarına təsir edəcək? - Açıqlama
Xəbər verdiyimiz kimi, "Vergi Məcəlləsin”in 165-ci "Verginin sıfır (0) dərəcəsi ilə tutulması” maddəsinə bir sıra dəyişikliklər edilib. Artıq bu dəyişikliklər ötən cümə günü Milli Məclis tərəfindən təsdiq olunub. yeni dəyişikliklərə əsasən, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq. Maraqlıdır, bəs yeni dəyişikliklər mənzil bazarına və kirayə evlərə təsir edəcək?

Mövzu ilə bağlı Sfera.az açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Azərbaycan qanunverciliyində kirayə evlərdən 14 faiz gəlir vergisi tutulur, lakin bu ƏDV deyil.

"Yəni əgər yeni dəyişiklik sırf ƏDV-yə şamil edilirsə bunun mənzil bazarına və ya kirayə evlərə təsir etməyəcək. Ümumiyyətlə ƏDV-nin qaytarılması ümumilikdə müsbət haldır. Lakin bizdə nağdlı ödənişlərdə də 10 faiz ƏDV geri qaytarılır. Hesab edirəm bu ləğv edilməli əvəzində nağdsız ödənişlərin 30 faizi geri qaytarılmalıdır. Bu zaman həm plastik kartlar ilə ödəniş edənlərin sayı artacaq, həm də onlayın satış təşviq ediləcək.

O ki qaldı yeni dəyişikliyin mənzil bazarına və ya kirayə evlərin qiymətinə təsir etməsinə deyə bilərəm ki, bütün hallarda mənzil bazarında da dəyişikliklərə ehtiyac var. Hesab edirəm kirayə məzil verənlərdən tutulan 14 faiz vergi kifayət qədər böyük rəqəmdir. Bunun geri qaytarılması ilə bağlı bəznər təkliflər irəli sürülə bilər”.
 
N. Cəfərli qeyd edib ki, bizdə kirayə verən ilə kirayəyə götürən arasında imzalanan müqavilədə real qiymət əks etdirilmir. İcarəyə verən icarəyə götürənlə danışaraq müqavilədə daha aşağı məbləğ göstərilir ya da ümumiyyətlə müqavilə bağlanmır. Bu da vergidən yayınma hallarına gətirib çıxarır.
 
Bu halların qarşısını almaq üçün kirayədən alınan verginin aşağı salınması lazımdır. Və ya qeyd olunan 14 faiz vergi heç alınmaya da bilər. Bu hal baş versə mənzil kirayə bazarında insanlar rəsmi müqavilə imzalamaqda daha maraqlı olar. Digər tərəfdən, bu həm də kirayə evlərin qiymətinə də təsir edə bilər”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...

"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib.   Sfera.az xəbər verir k...

Bu BÜRCLƏRİN əlinə tezliklə çoxlu pul gələcək

Bürcün bəzi əlamətləri yaxın gələcəkdə maliyyə vəziyyətində əhəmiyyətli yaxşılaşma gözləyə bilər.    Sfera.az-ın məlumatına görə, bəziləri üçün ...