“Məğlub tərəfin ərazi iddiası ola bilməz” - Vahram Atanesyan

Siyasət
11:24 / 06.12.2021
821
"Azərbaycanın
Ermənistana qarşı müharibəsi əvvəlcədən elə planlaşdırılmışdı ki, təkcə Dağlıq
Qarabağ deyil, bütün keçmiş Zəngəzur quberniyası da ermənilərdən tamamilə
boşaldılıb ilhaq edilməli idi”.
Sfera.az
xəbər verir ki, bunu qondarma qurumun "keçmiş nümayəndəsi” Vahram Atanesyan
bildirib. V.Atanesyan münaqişənin 44
günlük müharibədən öncə sülh yolu ilə nizamlanmasının daha əlverişli ola biləcəyini
də deyib:
"Əgər bu
gün məqsəd Qars müqaviləsini yeniləməkdirsə, bu Azərbaycanın Sünik üzərində ərazi
iddiası olmadığı anlamına gəlir. Buna qarşı çıxanların nə düşündüyü isə
ağlasığmaz məsələdir. Sünik Ermənistanla Azərbaycan arasında "mübahisəli” məsələ
elan edilsin? Beynəlxalq vasitəçiliklə demarkasiyanın müstəsna olaraq ermənilərdən
yana olacağına, keçmiş çar Yelizavetpol quberniyasının, Zəngəzur quberniyasının
bütün ərazisinin Ermənistan kimi tanınacağına kim təminat verir?
Əzizə Zeynal