Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü baş tutmayıb

13:04 / 04.12.2021
731
Azərbaycan xarici işləri naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərçivəsində görüş olmayıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan bildirib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərçivəsində dekabrın 3-də İsveçdə görüşün keçiriləcəyi bildirilirdi.