Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Siyasət
16:27 / 03.12.2021
1567
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Sfera.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Turab Əsgərov Cəlilabad Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.
O, bu təyinata qədər Salyan Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsində xidmət aparıb. (oxu.az)