"İnstitut direktoru əməkdaşın kitabını öz adına çap edir" - Siyavuş Novruzov

"İnstitut direktoru əməkdaşın, elmi rəhbər digərinin kitabını, məqaləsini öz adına çap edir”.

Sfera.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunda dəyişiklik edilməsi barədən layihənin birinci oxunuşda müzakirəsi zamanı parlamentin komitə sədri Siyavuş Novruzov bildirib.

S. Novruzovun sözlərinə görə, bəzən kitablara baxanda məlum olur ki, bir adam bir gündə 70-80 səhifə yazıb: "Bu da mümkün deyil. Bir adam bir gündə 3 səhifə, uzağı təbii gələr, 10 səhifə yazar, daha 70-80 səhifə yox. Yəni gündə 70-80 səhifə yazılıbsa, plagiatdır. Ona görə də müəlliflik hüququ ilə bağlı məsələlərə diqqət ayrılmalıdır”.

Komitə sədri nəzərə çatdırıb ki, bu gün kitab çapı ilə bağlı çoxsaylı müraciətlər olur: "Bizə də müraciətlər olur. Ancaq hazırda kitab çapının müxtəlif formaları var. Elektron qaydada internetdə yerləşdirilə və pulunu ödəməklə insanlar o kitabla tanış ola bilərlər”.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...