Məşhur aktyorla jurnalistlər arasında gərginlik: \"İçki qəbul etmişəm, sual verməyin!\"

Məşhur aktyorla jurnalistlər arasında gərginlik: \
Türkiyəli aktyor Kaan Urqancıoğlu ilə jurnalistlər arasında gərginlik yaşanıb.
 
Sfera.az bildirir ki, hadisə ötən gecə baş verib. Belə ki, meneceri ilə birlikdə yemək yeyən aktyor, həm də içki qəbul edib. Məkandan çıxış zamanı jurnalistlər ona yaxınlaşaraq sual vermək istəsə də, içkili olduğunu bildirən Kaan danışmaq istəmədiyini deyib. 

"2 saatdır bizi gözlədiyinizi bilirəm. Amma içki qəbul etmişəm. Nəsə soruşacaqsınızsa, sabah edin. Bu vaxtda heç bir şey soruşa bilməzsiniz”, - deyə o əlavə edib.

Lakin müxbirlərin inadla sual verməsi aktyoru özündən çıxarıb. O, kameranı tutmağa çalışıb və məsələyə meneceri də müdaxilə edib. Mübahisədən sonra, ona suallar verən müxbirin adını və işlədiyi qurumu öyrənən Urqancıoğlu heç nə demədən hadisə yerindən uzaqlaşıb.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR