"Bu, müstəqil Azərbaycanın ən böyük büdcəsidir" - Əli Əsədov

İqtisadiyyat
12:11 / 03.12.2021
466
"Sosial inkişaf layihəsinin hazırlanması başa çatdırılıb. Layihə Prezident İlham Əliyevə təqdim edilib”.
Sfera.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.
O vurğulayıb ki, gələn ilin dövlət büdcəsi müstəqil Azərbaycanın ən böyük büdcəsidir.
Hökumət başçısı bildirib ki, böyük qələbədən sonra yaranmış yeni çağırışlar dövlət büdcəsinin layihəsində nəzərə alınıb.