Müğənni ÜSYAN ETDİ: “Mən vicdanlı vətəndaş olmaqdan imtina etmişəm\"

Müğənni ÜSYAN ETDİ: “Mən vicdanlı vətəndaş olmaqdan imtina etmişəm\
"4-5 aydır söz vermişəm ki, öz sənətimdən başqa heç bir şey haqqında fikir bildirməyəcəm”.
 
Sfera.az bildirir ki, bunu müğənni Vüqar Muradov deyib. O, cəmiyyətdə baş verən hadisələrdən agah olduğunu vurğulayıb:

"Elə bilirsiniz, mən biganə yanaşıram bunların hamısına? Arsızam? Və ya mənim vecimə deyil, ölkədə baş verənlər? Təbii ki, içimdə bu ölkənin vicdanlı vətəndaşı kimi iztirab çəkirəm, amma söz vermişəmsə, əməl edəcəm. İndiyə qədər sərt, amma düzgün yazılarımla fikirlərimlə özümə antipatiya qazanmışdım, halbuki haqsız heç nə demirdim. Amma çox şey itirdim. Ağıllı hərəkət edərək cəmiyyətdə baş verənlərə biganə yanaşıb heç nə yazmayanlara 10 minlərlə pul verib toylarınıza çağırdınız, var-dövlət sahibi etdiniz. Amma Vüqarın adı gələndə "əşi, o aqressiv, emosional, kobuddur” deyib toylarınızda görmədiniz”.
İfaçı bir neçə aydır bu formada fəaliyyətinə davam etdiyini bildirib: "Yalandan üzünüzə gülməyi də bacarıram, yola verməyi də. Mən vicdanlı vətəndaş olmaqdan imtina etmişəm, siz vicdanlı olun”.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR