Elnarə jurnalistə yumruq atan ərini belə müdafiə etdi: \"Elə bilirsən, Mirşahin Ağayevsən?\"

10:54 / 02.12.2021
4178
"Həyat yoldaşını da tanımıram ki, soruşum görüm, mənim ərim müharibədə olanda sən harada idin?”.
Sfera.az bildirir ki, bunu müğənni Elnarə Xəlilova hərbçi həyat yoldaşı Rövşən Cahangirovun şəhidlərin vida mərasimində jurnalistlərə hücum çəkməsi ilə bağlı məsələyə reaksiya verərkən deyib.
Xəlilova sözügedən hadisənin iştirakçısı, jurnalist Tural Museyibovu sərt tənqid edib.
"Sən kimsən, nəçisən? Axı sənə yerini göstərdilər, dedilər, gözlə hamı kimi, hamı üçün ayrılmış vaxt və yer var. Yoxsa elə bilirsən Mirşahin Ağayevsən? Mirşahinin "M” hərfi də ola bilməzsən. Kim də bilməsə, biz media işçiləri çox yaxşı bilirik, operatorların fəndlərini. Kameranı çiyindən yerə salmaq fəndi ki, guya buna zor tətbiq edilib. Heç olmasa şəhidə hörmət qoyardın. Mən nədən danışıram axı? Şəhidə hörmət? Vətən müharibəsində şəhidə gey deyən sən deyildin? Səni hamıdan çox müdafiə edən də mən. İndi sən guya bizi tanımırsan? Ar olsun sənin kimi jurnalistlərə. Belə ağır bir gündə özünüzə şou yarada bildinizsə, daha sizə sözüm yoxdur. Ona görə də danışma. Sənin haqqın yoxdur haqdan danışmağa. Həmin tədbirdə 200-ə yaxın mətbu orqan olub. Hamı da kamera ilə. O necə yumruq idi ki, biri də görmədi və çəkmədi? Atdığınız bütün şər və böhtana görə cavab verəcəksiniz”, deyə müğənni əlavə edib.
Türkan
Sfera.az