Qadın Zorakılığına qarşı kampaniya - Əməli işlə məşğul olmağa nə mane olur?

Qadın Zorakılığına qarşı kampaniya - Əməli işlə məşğul olmağa nə mane olur?
Xəbər verildiyi kimi 25 noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədər Azərbaycanda gender əsaslı 15 günlük fəallıq kampaniyasına start verilib. Qadınlara şiddətə son məqsədilə sosial şəbəkələrdə 5 gündür ki, onlayn çağırış başladılıb.

Çağırış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi layihə çərçivəsində həyata keçirilir.

10 dekabr tarixinədək davam edəcək bu kampaniyaya "Neftçi” komandası, Xalq artisti Miri Yusif, aparıcı İlkin Həsəni, aktyor Kamran Ağabalayev, dünya çempionu Rəsul Çunayev, aparıcı Turanə Hüseynli, ProMete ləqəbli reper Pərviz İsayev, vayner Fuad İsgəndərli və başqaları qoşulub. 

Hətta "Neftçi” komandası sözügedən çağırışa dəstək vermək üçün 3 gün əvvəl "Səbail” futbol klubu ilə baş tutan oyunda zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxıb. 

İlk baxışdan hər şey əladır. Cəmiyyətin də bu cür addımlara normal reaksiyası var. Amma sual yaradan məqamlar da mövcuddur. 
 
Məsələn, bir çox izləyicilərin düşüncəsində belə bir sual var - Nəyə görə cəmiyyəti uzun müddətdir narahat edən bu sosial problemlə ciddi məşğul olunmur? Əməli işlə məşğul olmağa nə mane olur? 

Nəyə görə əlaqədar qurumların gündəlik işində bu özünü biruzə vermir, tədbirdən-tədbirə qatılmaqla öz işlərini bitmiş hesab edirlər. 

Və əvəzində hər səhərimiz qadın qətli, zorakılığa məruz qalması, şantaj olunduğu üçün intihara sürüklənməsi, qaçırılması xəbərləri ilə açılır. Sosial çağırışın getdiyi bu günlərdə belə qadına qarşı şiddət və zorakılıq davam edir.

Bu bəlanı durdurmağın yolunu illərdir tapmayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və başqa qurumlarda məsul şəxslər niyə məhz indi maya giynib futbol meydançasına axışırlar?
 
Maraqlıdır, bu maykaların çıxardıqdan sonra yuxarıda adları çəkilən şəxsər gündəlik həyatda qadın zorakılığına qarşı hansı digər tədbirə dəstək veriblər? Yoxsa sosial media hesabları üçün poz vermək çok rahatdır… deyilmi?

İnsanları narahat edən əsas məqamlardan biri isə budur ki, indi gündəlik problemimizə çevrilən bu sosial bəla ilə mübarizə xaotik şəkildə, tədbirdən tədbirə deyil, gündəlik məsuliyyət anlayışına çevrilsin və işlək mexanizim tapılsın. Yoxsa hələ neçə qız və qadınlarımız cəhalətin, şiddətin qurbanı olacaq.

 
(Bizim.Media)

OXŞAR XƏBƏRLƏR

İnformasiya agentliklərinə dair YENİ TƏLƏBLƏR

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiriliən iclasında müzakirə edilmi...

Xarici media subyektləri ilə bağlı tələblər təsdiq edildi

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyə...

Sabah Bakıda 28 dərəcə isti olacaq

İyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...