Prezident bugünkü şəhidlərimizlə bağlı tapşırıq verdi

19:47 / 30.11.2021
1767
"Möhtərəm cənab Prezident tərəfindən hadisənin təfərrüatının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralanan hərbi qulluqçularımızın müalicəsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib”.
Sfera.az**** xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev brifinq zamanı deyib.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva müvafiq tapşırıqlar verib. Dəfn tədbirləri sabahkı gün ərzində valideynlərlə məsləhətləşərək həyata keçiriləcək. Bu haqda müvafiq tapşırıqlar var”, - o qeyd edib.