İsrail səfiri Azərbaycana başsağlığı verdi

İsrail səfiri Azərbaycana başsağlığı verdi
İsrailin Azərbaycandakı səfiri Corc Dik Xızıda baş vermiş hərbi helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Sfera.az xəbər verir ki, diplomat bununla bağlı Tvitter səhifəsində paylaşım edib: 
"Xızıda baş vermiş faciəvi helikopter qəzası xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilədir.

Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.
Allah rəhmət eləsin!”. 

Qeyd edək ki, Xızıda təlim zamanı helikopterin qəzaya uğraması nəticəsində Dövlət Sərhəd Xidmətinin 14 hərbçisi həlak olub, 2-si yaralanıb. 

OXŞAR XƏBƏRLƏR