Mikayıl Cabbarov pakistanlı nazirlə görüşdü

İqtisadiyyat
17:40 / 30.11.2021
1320
İqtisadiyyat Naziri Mikayıl Cabbarov Pakistanın müdafiə istehsalatı naziri xanım Zobaida Cəlalla görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə nazir özü məlumat verib.
Onun sözlərinə görə, pakistanlı nazirlə sənaye sahəsində əməkdaşlığın inkişafı perspektivləri, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə Pakistan şirkətlərinin iştirakı barədə fikir mübadiləsi aparılıb.