Azərbaycan Premyer Liqası: Komandaların çempionluq şansları açıqlanıb

Azərbaycan Premyer Liqası: Komandaların çempionluq şansları açıqlanıb
"Euro Club Index" statistika portalı Azərbaycan Premyer Liqasında çıxış edən komandaların 2021/2022 mövsümü üçün çempionluq şanslarını açıqlayıb.

Sfera.az xəbər verir ki, saytın araşdırmasına əsasən, "Qarabağ" qızıl medalları qazanmağa daha iddialıdır. Ağdam klubunun çempionluq şansları 97,2 faiz qiymətləndirilib. "Köhlən atlar" üçün cari mövsümdə proqnozlaşdırılan xal sayı isə 68 göstərilib.

İkinci pillədə son çempion "Neftçi" qərarlaşıb. "Ağ-qaralar"ın şansları cəmi 1,5 faizdir. Flaqmanın çempionatı maksimum 49 xalla başa vuracağı ehtimal olunur.

İlk "üçlüy"ü "Zirə" klubu tamamlayır. "Qartallar"ın çempionluq şansları 0,9-a bərabərdir. 4-cü sıradakı "Qəbələ"nin mövsümü lider kimi bitirmək şansları 0,3 faizdir.

Statistika portalı qalan 4 komandaya isə şans tanımayıb.

1. "Qarabağ" - 97,2 faiz

2. "Neftçi" - 1,5 faiz

3. "Zirə" - 0,9 faiz

4. "Qəbələ" - 0,3 faiz

5. "Sabah" - 0 faiz

6. "Sumqayıt" - 0 faiz

7. "Keşlə" - 0 faiz

8. "Səbail" - 0 faiz

Qeyd edək ki, hazırda Premyer Liqaya 27 xalla "Qarabağ" başçılıq edir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Bakının mərkəzi yolları və prospektlərində tıxac var - SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.   Mərkəzdən...

Bakıda avtoşluq edən əsgərlə bağlı YENİ XƏBƏR -  Cinayət işi başlanıb - VİDEO

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məlikov Əziz Soltanpaşa oğlunun qanunsuz hərəkətləri, o cümlədən xidmət yerini özbaşına tər...

Bakı səmasında əzələ nümayişi: “MİQ-29”, “NF-5” və “F-16” nələrə qadirdir? - FOTO

Bir neçə gündür, Bakı səmasında döyüş təyyarələri dövrə vurur, müxtəlif tryukları məşq edir. Uçuşlar “TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çər...

Bakı metrosunda nasazlıq - Qatarlar gecikir / YENİLƏNDİ

Bakı metrosunda qatar gecikib.   Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.   Təxminən 6 dəqiqəyə yaxındır ki, “Dərnəgül”- ...

Məktəblərdə bayramdan sonrakı ilk dərs günü nə vaxtdır? - AÇIQLAMA

28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq, beşgünlük iş rejimində çalışan məktəbəqədər və ümumi təhsil müəssisələrində mayın 27-si həftənin son iş (dərs) gü...

Qəbələdə Nohurgöl daşdı - VİDEO

Qəbələnin Vəndam qəsəbəsində Nohurgöl güclü yağan yağışlar nəticəsində daşıb.   Sfera.az xəbər verir ki, daşqın göldə olan balıqları sahilə çıxarıb. ...