Rihanna Milli Qəhrəman elan edildi - FOTOLAR

Rihanna Milli Qəhrəman elan edildi - FOTOLAR
Amerikalı müğənni və aktrisa Rihanna doğulduğu yer olan Barbadosun Milli Qəhrəmanı elan edilib.

 

 

Sfera.az bildirir ki, ifaçı, respublikanın elan edilməsi münasibəti ilə keçirilən mərasimdə iştirak edib. O, baş nazir Mia Mottli tərəfindən fəxri ada layiq görülüb.

 

"Almaz kimi parılda və ölkənin qüruru olmaqda davam et”, - deyə hökumət rəhbəri əlavə edib.

 

 

Qeyd edək ki, bu gün Barbados ada ölkəsi təxminən 400 ildən sonra, Böyük Britaniyanın hökmranlığından çıxdığını bildirib.

 

 

 

Türkan

Sfera.az


OXŞAR XƏBƏRLƏR