Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

13:58 / 30.11.2021
647
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin İstanbul şəhərindəki qasırğa nəticəsində ölən və yaralananların olmasına görə başsağlığı verib.
Sfera.az xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib:
"Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”.