Hadisə ilə sevgilisi ölümdən döndü: Dəhşətli qəzadan sağ çıxdılar - FOTOLAR

11:23 / 30.11.2021
855
Məşhur müğənni Hadisə ilə sevgilisi Mehmet Dinçerler İzmirdə qəza keçirib.
Sfera.az bildirir ki, Çeşmə tətilindən geri dönərkən cütlüyün şəxsi avtomobillərinin ön təkəri partlayıb, nəticədə qorxulu anlar yaşanıb. Belə ki, avtomobil yoldan çıxaraq sağa-sola çırpılıb, lakin iş adamı onu dayandıra bilib. Həyəcandan ürəyi gedən Hadisənin bir müddət sonra özünə gəldiyi bildirilib.
Olay yerinə gələn polislərin isə "Bu avtomobildən necə sağ çıxdınız? Allah qoruyub”, deyə qeyd etdikləri məlum olub. Məlumata görə, cütlük başqa avtomobillə İstanbula qayıdıb.
Türkan
Sfera.az