Hollivud ulduzu ərəb maliyyəçiyə ərə gedir: yarım milyonluq nişan üzüyü - FOTO

14:05 / 29.11.2021
1032
35 yaşlı amerikalı aktrisa, müğənni, model və geyim dizayneri Lindsi Lohan 34 yaşlı ərəb maliyyəçi, Dubay rezidenti Bader Şammasla nişanlanıb.
Sfera.az xəbər verir ki, bu barədə aktrisa "Instagram" hesabında məlumat yayıb.
Ulduz gələcək həyat yoldaşı ilə paylaşdığı fotolarına bu şərhi yazıb: "Mənim sevgim. Mənim həyatım. Mənim ailəm. Mənim gələcəyim”.
Fotolarda, həmçinin Hollivud ulduzunun nişan üzüyü də diqqətdən yayınmayıb. Bildirilir ki, zinyət əşyasının qiyməti 200 000 ABŞ dolları (340.000 AZN) məbləğində dəyərləndirilir.