“Soçi görüşünün detalları açıqlansa, ictimaiyyət ayağa qalxar” – Tofiq Zülfüqarovdan açıqlama
12:59 / 26.11.2021
4037
Ermənistanın
Laçın və Kəlbəcərlə sərhəddə yerləşən hərbi hissələri 1 nömrəli döyüş hazırlığı
vəziyyətinə gətirilib. Paşinyanın Soçi səfəri zamanı ona müxalif olan
generalların növbəti dəfə atəşkəsi pozmağa cəhd göstərəcəkləri haqda versiyalar
səsləndirilir.
Maraqlıdır,
Soçi görüşü zamanı, yaxud görüşdən sonra Ermənistanla Azərbaycanın dövlət sərhədində
hərbi əməliyyatlar yenidən başlaya bilərmi?
Mövzu ilə
bağlı Sfera.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq
Zülfüqarov düşünür ki, Soçi görüşündən sonra ehtimal edilən hərbi toqquşmanın reallaşması
real görünmür:
"Məsələ
ondadır ki, Soçi görüşünun nəticələrinin bütövlükdə ictimaiyyətə açıqlanacağını
gözləmirəm. Bunun da obyektiv səbəbləri var. Bildiyiniz kimi, Ermənistan Baş
naziri Nikol Paşinyan Soçi görüşü öncəsi mətbuat konfrası keçirdi və Zəngəzur dəhlizi,
sərhədlərin delimitasiya və demarkasiyası və digər məsələlərlə bağlı barışmaz mövqeyini
sərgilədi. Hiss
olunur ki, həm Azərbaycan, həm də bəzi məqamlara görə Rusiya Ermənistana təzyiq
etməkdə israrlıdır. Ehtimal ki, Soçi görüşü zamanı bu təzyiq ediləcək. Çünki 10
noyabr bəyanatının imzalanmasından bir il ötməsinə baxmayaraq, bəzi məsələlər hələ
də öz həllini tapmayıb. Həm vasitəçi Rusiya, həm də Azərbaycan bu vəziyyəti qəbul
etmək istəmir. Düşünürəm, elə Ermənistanın Laçın və Kəlbəcərlə sərhəddə yerləşən
hərbi hissələri 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirməsi də məhz bununla
əlaqədardır”.
Diplomatın
sözlərinə görə, Soçi görüşünü bütün təfərrüatı ictimayətə açıqlansa Ermənistan
cəmiyyəti ayağa qalxa bilər:
Turan
Rzayev