Madonnanın açıq-saçıq FOTOLARı səs-küyə səbəb oldu - \"İnstagram\"dan silindi

12:13 / 26.11.2021
911
Məşhur amerikalı müğənni Madonnanın son fotoları səs-küyə səbəb olub.
Sfera.az bildirir ki, ifaçının izləyiciləri ilə bölüşdüyü açıq-saçıq şəkilləri "İnstagram” tərəfindən silinib. Lakin Madonna sözügedən fotoları yenidən hesabına yükləyib.
O, bu barədə fikirlərini bu cür ifadə edib:
"”İnstagram” hər hansı bir xəbərdarlıq olmadan fotolarımı silib. Bunun səbəbi sinəmin kiçik bir hissəsinin açıq qalması idi. Bir qadının vücudunun sinədən başqa, qalan hissələrinin göstərilməsinə icazə verən cəmiyyətdə yaşamağımız məni təəccübləndirir. Sanki bu, qadın anatomiyasının cinsiləşdirilə bilən yeganə hissəsidir. Körpəni bəsləyən sinə ucu! Kişilərdə həmin bölgə erotik olaraq dəyərləndirilə bilməz? Bəs qadının heç vaxt senzuraya məruz qalmayan ayaqlarına nə deməliyik? Şükürki, 40 illik senzura, cinsiyyətçilik, yaş ayrı-seçkiliyi, qadın düşmənliyinə rəğmən, ağlımı qoruyub saxlamağı bacardım”.
Türkan
Sfera.az