“Soçi görüşünə ümid daha böyükdür, Brüsseldə isə...” - MÜSAHİBƏ
12:42 / 25.11.2021
1291
Milli Məclisin
deputatı Elman Nəsirovun Sfera.az-a müsahibəsi:
- Elman
müəllim, noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri
arasında üçtərəfli görüş keçiriləcək. Gözləntiləriniz nədir?
-
Brussel görüşünün Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında baş tutan
sammitdə olması nəyi dəyişir ki?
- Fərq
göz qabağındadır. Avropa İttifaqı da Azərbaycan və Ermənistan siyasi liderlərinin
Brusseldə olması və sammitə qatılması imkanından faydalanmaq istəyir. Nəzərə
alsaq ki, Rusiya prezidentinin vasitəsilə iki dəfə belə görüş keçirilib və bu
sayca 3-cü görüşdür. Hər iki görüşdə də nəticələr olub. Həm 10 noyabr 2020-ci
il, həm də 11 yanvar 2021-ci il bəyannamələri imzalanıb. Həmin sənədlərin icrası
istiqamətində proseslər gedir. Bəli, müəyyən qüsurlar və nöqsanlar da var.
Prinsip etibarilə, sənədlər imzalanıb və onlar icra olunur. Amma Brüssel
görüşündə hesab edirəm ki, daha çox etimad mühitinin yaranması ilə bağlı məsələlər
müzakirə olunacaq.
- Ekspertlər nədənsə Brüssel görüşündən fərqli olaraq Soçi görüşünə daha pozitiv
yanaşır...
-
Bilirsiniz, 2019-cu ildə Brusseldə Azərbaycan və Ermənistan liderlərinin ilk dəfə
debatı keçirildi. Nəticə etibarilə belə görüşlər bu münaqişənin həllinə gətirib
çıxarmadı. Ona görə mən də hesab edirəm ki, Soçi görüşünə ümid daha böyükdür.
Digər tərəfdən, Ermənistan baş nazirinin son bəyanatları fonunda da bunu söyləmək
olar.
Ermənistan
baş naziri etiraf edib ki, əməkdaşlığın alternativi yoxdur və əməkdaşlıq
olmalıdır, dəhlizlər açılmalıdır. Düzdür, o Zəngəzur dəhlizi ifadəsindən
yayınır, ondan qaçır. Ancaq Zəngəzur dəhlizinin açılması labüddür. Çünki bu,
Ermənistanın özü üçün hava, su kimi lazımdır.
- Elman
müəllim, Paşinyan sanki Zəngəzur dəhlizinin açılmasından deyil, bu ifadəni dilə
gətirməkdən ehtiyatlanır. Sizcə, bunun səbəbi nədir?
Ermənistan
müxalifəti bu gün bu kimi məsələlərlə manipulyasiya edərək Paşinyana təzyiq
göstərir. Ona görə də Paşinyan indi Zəngəzur dəhlizi ifadəsindən qaçır. Amma
alternativ yoxdur. Zəngəzur dəhlizi mütləq işə düşməlidir!
- Qeyd etdiniz ki, Zəngəzur dəhlizi mütləq işə
düşməlidir. Ermənistanın Baş naziri Nikol Paşinyan isə öz "Facebook"
səhifəsində canlı yayımda bildirib ki, 3 tərəfli görüşdə imzalanacaq sənəd
delimitasiya və demarkasiyaya başlamaq üçün komissiyanın yaradılması ilə bağlı
olacaq. Belə çıxır ki, bu sənəd sadəcə sərhədin delimitasiya və demarkasiyası
ilə bağlı olacaq?
-
Delimitasiya və demarkasiya həlledici məsələlər sırasındadır. Bu istiqamətdə
razılaşma əldə edilmədən digər mühüm məsələlər, xüsusilə də böyük sülh
sazişinin imzalanması qeyri-mümkündür. Ona görə də Paşinyan belə ifadələr işlədir.
Paşinyan bilir ki, delimitasiya və demarkasiyanı etmək lazımdır. Bunsuz mümkün
deyil. Amma eyni zamanda deyir ki, "elə fikir formalaşmasın ki, bizim artıq bu
məsələlərlə bağlı konkret nəticəmiz var və onu imzalayacağıq, yox. Biz bu
danışıqların gedişatında sadəcə bir komissiyanın yaradılması ilə bağlı
razılaşma əldə edə bilərik. O komissiya ki iki dövlətin sərhədlərinin
delimitasiya və demarkasiya məsələsini həll etsin.
Söhbətləşdi:
Turan Rzayev