Ən çox üzləşdiyimiz peşmanlıqlar – İş, səyahət, ailə...

Ən çox üzləşdiyimiz peşmanlıqlar – İş, səyahət, ailə...
Həyatda gəlib-gedən çox şeylər var. Qərarlarımız yolumuzu dəyişməyə səbəb olur, eləcə də bizi və həyatımızı formalaşdırır. Qanuni olduğu müddətcə hər zaman etmək istədiyinizi etmək və yaşamın sonunda təbəssümlə ölmək vacibdir.
 
İnsanların yaşadığı bəzi peşmanlıq hissləri ilə tanışlıq bəlkə də bu siyahı üzərində işləməyinizə kömək edə bilər. Sfera.az insanların daha çox üzləşdiyi peşmanlıqlarla bağlı araşdırmanı təqdim edir.

Ailəyə kifayət qədər qayğı göstərməmək

Diqqət etsəniz, görərsiniz ki, çoxları yaxşı oğul, qız, arvad, ər, uşaq ola bilmədiklərinə görə peşmanlıq hissi keçirirlər və bu, onları içəridən məhv edir.
Unutmamalısınız ki, ailə münasibətlər daxilində sizə ən yaxın olanıdır.

Dostlarınız sizə nə qədər yaxın olsalar da, ailədə birlik olduqdan sonra heç kim sizə zərər verə bilməz. Odur ki, ailə üzvlərinizə üstünlük verin, insanların sizə qarşı necə münasibət göstərmələrini istəyirsinizsə, siz də o şəkildə olun.
 
İşə çox vaxt ayırmaq

İnsanlar tez-tez unudurlar ki, işləmək, pul qazanmaq onların bütün həyatları yox, həyatlarının bir parçasıdır. Ehtiyacınız olan inanılmaz maddi şeylər üçün pul ödəmək sizə lyüks hissi bəxş edir, lakin  bu puldan istifadə edərək özünüzə və ya başqasına rahatlıq bəxş etməyə vaxtınız yoxdursa, bunun nə mənası var?

Başqalarına yardım etməmək

Ən çox keçirilən peşmanlıqlardan biri də əlinizdən gələ bildiyi halda kömək etməməkdir. Əgər belə peşmanlığınız varsa, qarşınıza çıxan növbəti fürsətdən istifadə edin. Həyat peşmanlıq və kin saxlamaq üçün çox qısadır!

Xəyalların ardınca getməmək

Əgər çölə çıxıb öz yaratdığınız yuxunu yaşasanız, gələcəkdə də rahat olacaqsınız. Xəyallardan imtina etmək ən çox görülən peşmanlıqlardan biridir.
Sizdən gözlənilənləri etmək yerinə öz etmək istədiklərinizi edin! Bu sizin həyatınızdır!
 
Səyahət etməmək

Dünyanı görmək, səyahət etmək, yeni insanlarla tanış olmaq, fərqli mətbəxləri dadmaq, fərqli bir məkanda çıxan günəşdən və əsən küləkdən zövq almaq vacibdir.

Hovuzdakı qurbağa kimi həyat sürürsənsə, o zaman yaşamağın nə mənası var? Çox insan "X” məkanına getmədiyinə görə peşman olur. Elə indi et! Evdən işləyirsinizsə, həqiqətən də gətirmək üçün uyğun bəhanələriniz qalmır.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...

Gənclərimiz Çinə üz tutur - Nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında s...