Türk Hava Yolları müraciət yaydı
Bu gün 14:00-da Türk Hava Yollarında təxirə salınan reyslər bərpa edilib. Bu vaxta qədər Atatürk Hava limanına gələn 35 reys məlum hadisələr səbəbindən təhlükəsiz hava limanlarına yönləndirilib”.
Publika.az xəbər verir ki, bu barədə Türk Hava Yolları rəsmisi İlkər Aycı "CNN TÜRK”ə açıqlamasında deyib.
"Hadisə səbəbindən 132 reys təxirə salındı. Bu gün isə Atatürk Hava limanından 183 çıxış olacağını planlaşdırmışıq. 116 reys isə Atatürk Hava limanına eniş edəcək. Eyni zamanda Sabiha Gökçən Hava Limanından 69 çıxış planlaşdırırıq. Bütün vətəndaşlara və sərnişinlərə müraciət edərək bildirirəm ki, ləğv edilən, bərpa olunan səfərlər barədə hava yolları şirkərlərinin səhifələrini izləsinlər. Dünən ləğv edilən bütün reyslərin bu gün bərpa edilməsinə çalışacağıq. Uçmaq istəməyənlərin isə biletləri dəyişdiriləcək”, - deyə o bildirib.
Qeyd edək ki, ötən gecə hərbi çevrilişə cəhd səbəbindən Türkiyəyə və bu ölkədən uçuşlar təxirə salınmışdı.