İsrailin baş nazirinin Ərdoğana gözlənilməz zənginin detalları – Buzlar əriyir?

14:43 / 19.11.2021
1010
İsrailin Baş naziri Naftali Bennet Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi qurub. Verilən rəsmi
açıqlamada qeyd edilir ki, İsrail Baş naziri Naftali Bennet ötən həftə Türkiyə
Prezidentinin iqamətgahını lentə aldığına görə İstanbulda həbs edilən israillilər
Natali və Mordi Okninin azad edilməsində göstərdiyi səylərə görə Ərdoğana təşəkkür
edib.
Maraqlıdır, nə baş verdi ki, 8 ildən sonra
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Baş naziri Naftali Bennett
arasında telefon danışığı baş tutdu?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən
politoloq Samir Hümbətov deyib ki, İsrailin baş nazirinin 8 ildən sonra Türkiyə
prezidentinə zəng etməsini təsadüf hesab etmək olmaz.
"Bir neçə gün öncə Türkiyə XİN başçısı Mövlud
Çavuşoğlunun İrana səfəri və orada yüksək çinli dövlət rəsmiləri ilə keçirdiyi
görüşlərə və verilən açıqlamalara baxsaq, İsrail baş nazirinin 8 ildən sonra
niyə Türkiyə prezidentinə zəng etməsinin səbəbini anlamaq mümkündür. Türkiyənin son dövrlər Aralıq dənizi, Yaxın Şərq,
Şimali Afrika, Cənubi Qafqaz, Mərkəzi Asiya və Balkanlarda artan nüfuzu İran və
İsraili onunla əlaqələrə yenidən baxmağa və daha normal münasibətlər qurmağa
vadar edir”.
Politoloq xatırladıb ki, Türkiyə 1949-cu ildə
İsraillə diplomatik əlaqə quran ilk müsəlman dövləti olub və bu səbəbdən də iki
ölkə arasındakı "buzların əriyəcəyi” gözləniləndir:
Turan Rzayev