Ərdoğan hakimiyyətdən gedənə qədər Azərbaycan bunları etməlidir – “Ermənistanı məcbur etməliyik ki...”

11:47 / 19.11.2021
2094
"Azərbaycan
2023-cü ilə qədər Ermənistanı təslimçi sülh müqaviləsi bağlamağa məcbur etməlidir”.
Sfera.az
xəbər verir ki, bunu siyasi analitik Samir Feyruzov bildirib. Siyasət yazarı
2023-cü ildə Türkiyədə keçiriləcək prezident seçkilərinin gözlənilməz nəticələrinin
ola biləcəyini deyərək, qarşıda duran və həllini gözləyən məsələlər barədə
danışıb:
"Türkiyə
ilə münasibətlər tamamilə strateji hal almalıdır. Əsas sual isə budur: Türkiyədə
prezident postuna gələcək növbəti şəxs Ərdoğan kimi Qarabağla bağlı qətiyyətli
mövqeyə sahib olacaqmı? Bu şəxs Əliyev-Ərdoğan arasındakı isti münasibətlərin
davamçısına çevrilməlidir. Heç nə sıfırdan başlamamalıdır. Əks halda, bu, həm
Türkiyə, həm də Azərbaycan üçün zərərli olacaq”.
S.Feyruzov
bu xüsusda Rusiyanın Azərbaycana olan yanaşmasına da münasibət bildirib: "Əgər
Ərdoğan prezident seçilməsə, 2024-cü il Rusiyada keçirilən prezident seçkilərinə
qədər (1 il ərzində) Putin bizim üçün arzuolunmaz addımlar atacaq. Putin o
addımlardan birinin anonsunu dünən verdi. Rusiya prezidenti Putin Azərbaycan-Ermənistan
sərhədindəki atışmalardan danışarkən bildirdi:
"....
Bir müddət əvvəlki atışmalar göstərdi ki, regionda vəziyyət tam sabitləşməyib.
Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin tənzimlənməsi üzrə səylərin
davamı üçün Rusiya diplomatiyasının rolu artır".
S.
Feyruzov Putinin son açıqlamasını belə dəyərləndirib:
Əzizə
Zeynal