Müəllimlərin maaşları təsdiq edildi - CƏDVƏL

Müəllimlərin maaşları təsdiq edildi - CƏDVƏL

 

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiqlənməsi haqqında qərar qəbul edib.

 

Sfera.az xəbər verir ki, baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Nazirlər Kabinetinin qərarına 1 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nin 18-ci dərəcəsinə uyğun olaraq 486 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 435 manat müəyyənləşib.

 

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi:

 

Təhsili

Bir stavka dərs yükü 18 saat olmaqla,

aylıq vəzifə maaşı (manatla)

pedaqoji staj 3 ilə qədər olduqda

 

pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda

pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda

pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda

pedaqoji staj 18 ildən çox olduqda

Ali təhsilli

350

375

395

420

450

Orta ixtisas təhsilli

320

335

350

370

385

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR