Razi Nurullayev sosial şəbəkədə onu tənqid edənləri aşağıladı: “Vicdansızlıqla məşğuldurlar...”

11:43 / 18.11.2021
1582
"Deputatların
hamısı heç də yağ, bal içərisində yaşamır”.
Bu sözləri
Sfera.az-a açıqlamasında deputat Razi Nurullayev deyib. Millət vəkili ötən gün
Milli Məclisdə büdcə müzakirələri zamanı deputatlara verilən kirayə haqqının
artırılması təklifini səsləndirməsinin səbəblərini açıqlayıb.
Razi
Nurullayev sosial şəbəkələrdə təklifini birmənalı qarşılamayan şəxslər barədə də
danışıb:
Deputat
bəzi şəxslərin onu hədəf aldığını qeyd edib:
"Həmin
insanların nəsil və əcdadlarına etdikləri yardımdan çox mən şəhid və
qazi ailələrinə köməklik etmişəm. Onlar nə edib? Həmin insanlar belə etməklə
cılız şəkildə məni hədəfə alırlar. Şəxsən mən etdiklərimin 90 faizini
paylaşmıram. Deputatların heç biri hansısa tələbdə deyil. Özünü vətənpərvər
göstərmək istəyənlər o vaxt deyirdi ki, evimi sataram, təki Qarabağ alınsın.
İndi getsinlər, evlərini satsınlar, mina təmizləsinlər”.