Bakı mühasirəni daraldır, Paşinyanın çıxmağa bircə “qapısı qaldı” – Nə baş verir?

11:02 / 18.11.2021
1884
"Sərhəddə atəşkəsdən bir gün sonra siyasi gündəlik
açıqlandı. Rəsmi Bakı açıq mesaj verdi ki, sərhəddə gərginliyin sona çatmasının
yolu delimitasiyadan keçir”.
Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi
Asif Nərimanlı deyib. Onun sözlərinə görə, rəsmi Ankara da İrəvana
çıxış yolunun Bakı ilə razılaşmaq olduğunun mesajını verdi:
"Çavuşoğlu bildirdi ki, Ermənistan məğlub
olacaq, yeganə yolu sülh və sabitlikdir. Rəsmi Moskva sərhədin müəyyənləşməsinin
vacibliyini gündəmə gətirdi. Rusiya XİN bildirdi ki, son hadisələr Azərbaycan-Ermənistan
sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez
zamanda başlamağın, aidiyyəti komissiyanın işə başlamasının vacibliyini göstərir. Bölgədə üç əsas oyunçunun gündəliyi eynidir və
bu, Ermənistan üçün yalnız bir açıq qapı saxlayır: sərhədin delimitasiyası və
demarkasiyasına razılaşmaq. İrəvanın əks mövqeyi "məcburetmə əməliyyatının”
davam etməsi deməkdir”.
A. Nərimanlının sözlərinə görə, rəsmi İrəvan
sülhə hazır olduğunu bəyan edir, lakin öz gündəliyi var:
"Paşinyan deyir ki, biz Azərbaycana sülh
sazişi imzalamağı təklif etmişik və indi də edirik. Amma o, bəyan edir ki,
ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlməlidir.
Bu isə, Bakının sülh gündəliyinə uyğun deyil. Paşinyan yeni gündəlik təqdim
edir və məqsəd Minsk Qrupu çərçivəsində "Qarabağ məsələsini”
aktuallaşdırmaqdır. Döyüşlərdən sonra da İrəvanın bunu irəli sürməsi göstərir
ki, Paşinyanı dəstəkləyən qüvvə bölgədən kənarda – Qərbdədir.
Turan Rzayev