Rüstəm Muradov Bakıdan bir erməninin cəsədini təhvil alaraq aparıb

23:18 / 17.11.2021
1635
Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov bu gün Bakıya gəlib.
Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib. O bildirib ki, R. Muradov erməni təxribatçı əsirlərinin verilməsi üçün Bakıya gəlib. Danışıqlar nəticəsində Rüstəm Muradov bir erməni hərbçisinin cəsədini təhvil alaraq Yerevana qayıdıb.