Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

Siyasət
22:44 / 17.11.2021
1565
Türkiyə Milli Müdafiə Nazirliyi 17 noyabr Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib.
Sfera.az-ın məlumatına görə, bununla bağlı Nazirlik öz "Twitter" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: "33 il əvvəl milli diriliş üçün səslənən, bu gün də o inamla işğal altında olan torpaqlarını xilas edən Can Azərbaycanın "Milli Diriliş Günü" mübarək olsun. Türkiyə və Azərbaycan "Bir Millət, İki Dövlət" anlayışı ilə bir və birlikdə olmağa davam edəcək!"