Deputat: “Paşinyan gərginliyi artıraraq buna nail olmaq istəyir”

Deputat: “Paşinyan gərginliyi artıraraq buna nail olmaq istəyir”
"Nikol Paşinyan özünü qətiyyətli və prinsipial lider kimi təqdim etmək istəyir. Fikrimcə, Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son hadisələr bununla əlaqədardır”.
 
Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələri, erməni təxribatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyan hazırda Ermənistanın sülhpərvər imicini formalaşdırmağa və daxili auditoriyanın maraqlarına cavab verməyə çalışır:

"O, gah əməkdaşlıq mühitindən, gah da guya Azərbaycanın atəşkəsi pozmasından, delimitasiya və demarkasiyaya hazır olmamasından danışır. Bundan başqa, sərhəd pozuntularının kökündə dayanan bir səbəb də Paşinyana qarşı təzyiqlərin artmasıdır. Təsadüfi deyil ki, ötən gün Ermənistanın həyata keçirdiyi növbəti hərbi əməliyyatlar da biabırçı məğlubiyyətlə nəticələndi. Qarşı tərəf bunu hələlik gizlətməyə çalışsa da, erməni ictimaiyyəti yaxın vaxtlarda bu barədə məlumatlanacaqlar. Son baş verənlərin səbəblərindən biri Ermənistanda daxili gərginliyin pik həddə yaxınlaşmasıdır.

Ermənistanın sabiq prezidentləri olan Köçəryan və Sarkisyan Paşinyan hökumətinə qarşı milli müqavimət hərəkatının yaradıldığını, separatçı rejimin qondarma parlamenti isə Qarabağda yaşayan ermənilərin sərbəst silah daşıması hüququnu tanıdığını bəyan ediblər. Bütün bunlar deməyə əsas verir ki, Ermənistanda revanşizm dalğası Paşinyan hakimiyyətinin devrilməsi məqsədilə süni şəkildə gücləndirilir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR