“Şuşa dərdindən başladım, Şuşa zəfəri ilə davam edirəm” - VİDEO

“Şuşa dərdindən başladım, Şuşa zəfəri ilə davam edirəm” - VİDEO
Əməkdar artist Xumar Qədimovanın "Şuşa” adlı yeni əsərinin təqdimat mərasimi keçirilib.

Sfera.az xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Aqil Abbas, bəstəkar Xanım İsmayılqızı, Əməkdar jurnalist İradə Tuncay, aparıcı Saleh Bağırov və digərləri iştirak edib. 

"Şuşa” əsərinin söz müəllifi Əməkdar mədəniyyət işçisi Rəşad Məcid tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb, X.Qədimova ilə əməkdaşlıq etməkdən məmnunluq duyduğunu ifadə edib. O, "Şuşa”nın sözlərinin Şuşada səfərdə olarkən yazdığını deyib. 

X. Qədimova az danışmağa üstünlük verdiyini, sözünü nəğmə ilə deməyi sevdiyini söyləyib. O, yaradıcılığına 1997-ci ildə "İsa bulağı” mahnısı ilə başladığını xatırladıb: 

"Ona görə də möhtəşəm zəfərdən sonra Şuşaya mahnı həsr etməyə bilməzdim. Əziz dostum Rəşad Məcid mənə bu şeiri oxuyanda çox xoşuma gəldi. İçdən, səmimi hisslərlə yazılmışdı. Qərara gəldim ki, şeirə musiqi bəstələyib ifa edim. Fikrimcə, bu bəstə Şuşaya həsr olunmuş mahnıların tacıdır. Mahnıda sevgi, həsrət, çoşqu, çağırış və qələbə var”.

"Şuşa dərdindən başladım, Şuşa zəfəri ilə davam edirəm” , - deyə Qədimova əlavə edib. 

Daha sonra çıxış edən digər qonaqlar X.Qədimovanın möhtəşəm ifasından, çoxşaxəli yaradıcılığından, R.Məcidin yazdığı sətirlərin dərin məna daşıdığından söz açıblar. 

Sonda X.Qədimova jurnalistlərin suallarını cavablandırıb, tezliklə "Nizami İli”nə həsr etdiyi mahnısını təqdim edəcəyini bildirib.
 


OXŞAR XƏBƏRLƏR

Kəlbəcərə gedən yolda maşın aşdı

Göygöl-Toğanalı-Kəlbəcər yolunda minik maşını aşıb.   Sfera.az bildirir ki, hadisə rayonun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb. Rayon saki...

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Azərbaycanın daşınmaz əmlak sektorunda qabaqcıl şirkətlərdən olan “Baku City Residences” daha bir mükafata layiq görülüb.   Sfera.az xəbə...

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişdi

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit büroları haqqınd...

Vanqanın yeni proqnozu üzə çıxdı - Bu ilin iyul ayı və 5 il sonra...

Yaponiyalı manqa yazıçısı (həm yazıçı, həm də rəsam ola bilən, yapon üslubunda şəkilli hekayələr yaradan sənətçidir - red.) Ryo Tatsuki illər öncə verdiyi qeyri...

Cəlilabadda mebel fabrikinin işi dayandırıldı

Cəlilabadda yanğın təhlükəli mebel fabrikinin fəaliyyəti dayandırılıb.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib. &nb...

Övladlığagötürmə ilə bağlı yenilik - FƏRMAN

"Elektron məhkəmə” informasiya sistemi “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə inte...