"Vüsal məni müştərilərlə görüşməyə göndərirdi" - 6 aylıq körpəsini boğaraq öldürən atanın məhkəmə işi

Bakıda 6 aylıq körpəsini boğaraq öldürən Vüsal Əliyev məhkəmədə verdiyi ifadəsi zamanı törətdiyi dəhşətli qətlin təfərrüatından danışıb.

Sfera.az-ın məlumatına əsasən, "Kriminalqafqaz” məhkəmə materiallarına istinadən məlumat verir ki, 2020-ci ildə Vüsal Əliyevlə 7 ildir qeyri-rəsmi ər-arvad kimi yaşadığı Nurlananın (şərti ad) bir oğlu dünyaya gəlib. Amma V. Əliyev uşağın atasının özü olmadığını düşünərək Nurlana ilə mütəmadi mübahisələr edib. Hadisə baş verən gün, yəni 29 may 2021-ci ildə də onlar arasında mübahisə düşüb. Nurlana körpəni Vüsal Əliyevin yanında qoyaraq evdən çıxıb. Körpənin dayanmadan ağladığını görən Vüsal sağ əli ilə ağız və burnunu sıxaraq onu susdurmağa çalışıb. Nəticədə körpə boğularaq ölüb.

Nurlana ifadəsində bildirib ki, uşaq təzə doğulanda Vüsalla aralarında bu kimi mübahisələr olmayıb: "Ruzi təzə doğulanda Vüsal onun atası olmadığı ilə bağlı heç vaxt bir söz deməyib. Çünki buna səbəb də yox idi. Uşaq onun övladı idi. Hətta istintaq zamanı genetik ekspertiza keçirməklə uşağın atasının məhz Vüsal olması təsdiqlənib. Vüsal məni pul qazanmaq xətrinə pis yola vadar edib. Ona pul lazım olan kimi məni müştərilərlə görüşməyə göndərirdi. Elə hadisə günü də belə olmuşdu. Evə səhərə yaxın qayıdıb gördüm ki, oğlum Ruzi yatağında güclə nəfəs alır və ağzının ətrafında qançırlar var. Halbuki uşağı həmin gün çimizdirmişdim və onun yanında sağ-salamat qoyub getmişdim. Mən başa düşdüm ki, uşağı Vüsal boğub. Amma soruşanda dedi ki, guya Ruzi yemək yeyərkən boğulub”.

Nurlana artıq əri Vüsalı bağışladığını deyib: "Mən evə gələndə qapını Vüsal açdı, içkili idi. Uşağın nəfəsinin gəlmədiyini görəndə ona dedim ki, tez təcili yardım çağırsın. O çağırana qədər mən də Ruziyə süni nəfəs verdim. Amma uşaq artıq ölmüşdü. Bunu gələn tibb işçiləri də təsdiqlədi. Bundan sonra mən Vüsalla dalaşdım. Uşağımı niyə öldürdüyünü soruşdum. Həmin vaxt Vüsal yumruqla başıma, qoluma və sinəmə zərbələr vurdu. Bütün bunlara baxmayaraq, Vüsalı bağışlayıram və ondan heç bir tələbim yoxdur”.

Məhkəmədə ifadə verən Vüsal Əliyev deyib ki, Nurlana ilə 2014-cü ildə avtovağzalda xaçapuri satarkən tanış olub: "Sonra birlikdə yaşamağa başladıq, amma Nurlana mənə xəyanət edirdi. Buna görə də aramızda tez-tez dava-dalaş olurdu. Sonra mən rayona çıxıb getdim. Təxminən 4 ay orada qaldım. Bu müddət ərzində Nurlana tez-tez mənə zəng edib deyirdi ki, barışaq. Sonra mən yenidən şəhərə qayıtdım və Nurlana hamilə olduğunu dedi. Uzun müddət idi onu görmürdüm və düşündüm ki, uşağın atası mən deyiləm. Amma münasibətimiz korlanmasın deyə bir söz demədim”.

Vüsal Əliyev ifadəsində qeyd edib ki, uşaq anadan olandan sonra onun xəstə olduğunu biliblər, amma müalicəsi üçün maddi imkanları olmayıb: "Mən fəhlə işləyirdim, Nurlana də limon satırdı. Bəzən də gecələr "20 Yanvar" yolunda dayanıb müştərilərə cinsi xidmət göstərib pul qazanırdı. Nurlanaya deyirdim ki, "kliyentə” az get, mənə də diqqət göstər. Amma o, məni saymırdı. Elə hadisə günü də bəzənib evdən getməyə hazırlaşırdı, hara getdiyini soruşdum. O da dayısıgilə gedəcəyini dedi. Ona inanmadım və dalaşdıq. Sonra Nurlana dedi ki, kirayə pulunun vaxtı çatıb, pul lazımdır. Buna görə də müştəri yanına gedir. Mən də icazə verdim”.

Evdə körpə ilə tək qalan Vüsal uşaq yatarkən mağazaya gedib özünə içki aldığını deyib: "Pivəni soyuducuya qoydum ki, bir az sərinləsin. Özüm də çimib yatdım. Sonra uşaq qəfil oyanaraq ağlamağa başladı. Mən də Nurlananın hazırlayıb qoyduğu qabdakı yeməyi ona verdim. Uşaq bir az yeyəndən sonra qusmağa başladı. Uşağı sakitləşdirəndən sonra pivəni içdim. Sonra o yenə ağlamağa başladı və mən onu sakitləşdirmək üçün qucağıma alıb öz yanımda yatırtmaq istədim. Ruzini özümə sıxaraq yatmışam. Bilmədən uşağın boynunu sıxdığım üçün boğulub. Nurlana evə gələndə səsə oyandım. Həmin zaman uşağın ağır nəfəs aldığını gördüm. Təcili yardım çağırsam da, uşaq artıq ölmüşdü”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1992-ci il təvəllüdlü Vüsal Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...