Uşaqların sevdiyi konfetlərin tərkibindəki qəribəliklər

Uşaqların sevdiyi konfetlərin tərkibindəki qəribəliklər

Jelatinli konfetləri yəqin ki, dünyanın bütün uşaqları sevir. Buna bir səbəb onların dadlı olmasıdırsa, digər səbəb müxtəlif və rəngarəng formalara malik olmasıdır.

Nəhəng və müxtəlif rəngli qurdlar və ya miniatür ayılar- bütün bunlar məşhur çeynənilən konfetlərdir. Yeri gəlmişkən, valideynlər tez-tez uşaqların bu konfetlərdən istifadələrinə məhdudiyyət tətbiq edir. Onların fikirlərinə əsasən, bu şiriniyyatın tərkibində həddindən çox şəkər var. Lakin həqiqətdə onlar heç bir təhlükə daşımır.

 

 

Lakin "ürək bulanması”na səbəb olacaq bəzi nüanslar mövcuddur. Əgər konfetlərin tərkibinə diqqətlə nəzər salsanız orada sirop, şəkər və konsentratlar arasında jelatini görə bilərsiniz. Bəs jelatinin nədən hazırlandığı sizə bəllidirmi? 

 

Bu gün sizlərə məhz bu barədə məlumat vermək istəyirik.

 

Jelatin təəssüf ki, ağacda bitmir. Bu dadsız, sarımtıl maddə heyvanların dərisinin, sümüklərinin, qığırdaqlarının uzun müddət qaynadılması yolu ilə əldə edilir. Yəni məna etibarı ilə ət istehsalı tullantılarından hazırlanır: donuz və mal ətinin emalından sonra qalan sümüklərdən, dırnaqlardan, dərilərdən, buynuzlardan.

 

 

Jelatin ya birbaşa ət kombinatında hazırlanır, ya da istehsalçılar tullantıları sallaqxanada toplayırlar. Heyvanların hissələri sterilizə edilir və uzun müddət 140 dərəcədə qaynadılır, bundan sonra kütlə xırdalanır və ağ toz alınana qədər qurudulur. Bu toza istənilən ətir və rəng vermək mümkündür.

 

 

Jelatin tam təhlükəsizlik zəmanətinə malikdir, belə ki, təbii inqrediyentlərdən hazırlanır. Ondan asanlıqla istənilən jele və oxşar qidaları hazırlaya bilərsiniz. Qeyd edək ki, jelatin yalnız konfetlərin tərkibində deyil, eyni zamanda vitaminlər, dərmanlar, kolbasalar və konservlərin, meyvə qəlyanaltılarının tərkibində də yer alır. Bu vegetarianlar üçün əsil "tələdir”.

 

 

Jelatin istehsalı ətrafdan kifayət qədər qanlı və iyrənc görünə bilər, lakin etiraf etmək lazımdır ki, bu məhsulun tərkibində yağ, karbohidrat tamamilə yoxdur və xolesterinə malik deyil. Əksinə onun tərkibində 18 amin turşusu yer alır ki, onlar sümüklərin, bağların və vətərlərin bərpasına yardım edir. Ümumən, bunun faydalı və ya zərərli olmasından asılı olmayaraq qəbul etdiyiniz qidanın tərkibini bilmək yaxşı haldır.

 


OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...