DİN: "Qala divarlarını yazan məktəblilərə xəbərdarlıq edilib"

DİN:
Daxili İşlər Nazirliyi (DİN) İçərişəhərin qədim Qala divarlarının üzərinə mətkətblilər tərəfindən qrafiklər çəkilməsinə münasibət bildirib.

Sfera.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "report”un sorğusuna cavab olaraq bildirib ki, Qala divarlarına naməlum şəxslər tərəfindən şəkillərin, qrafiklərin çəkilməsi və müxtəlif yazıların yazılması ilə bağlı polis əməkdaşları dərhal tədbirlər həyata keçirib:

"Araşdırma zamanı müəyyən edilib ki, Qala divarlarını noyabrın 7-i saat 16 radələrində Səbail rayonu ərazisində yerləşən məktəblərin birinin şagirdləri – P.Bayramlı, M.Məmmədli və D.Verstakov yazıb. Həmin şəxslər birlikdə mağazadan müxtəlif boyalar alaraq, əraziyə gəliblər. Daha sonra məktəblilər Qala divarlarında şəkillər, qrafiklər çəkib, müxtəlif yazılar yazıblar.

Hadisədən sonra hər üç şəxs valideynləri ilə birlikdə polis bölməsinə çağırılıb, onlarla profilaktiki söhbətlər aparılıb, xəbərdarlıq edilib, daha sonra sərbəst buraxılıblar. Mətkəblilərin çəkdikləri şəkillərin mütəxəssislər tərəfindən divarlardan pozulması üçün tədbirlər görülür”.

"Valideynlərə tövsiyə edirik ki, övladlarına Azərbaycanın tarixi abidələrinə hörmətlə yanaşmalarını təbliğ etsinlər”, - o vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...