Məktəbdə şagirdlərə narkotik vasitə təklif edilir? - DİN-dən REAKSİYA

Məktəbdə şagirdlərə narkotik vasitə təklif edilir? - DİN-dən REAKSİYA
Abşeron rayonu Qobu qəsəbəsi 1 saylı tam orta məktəbdə 9-10-cu sinif şagirdləri özlərindən yaşca balaca olan uşaqlara narkotik vasitə təklif ediblər.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Sfera.az bildirir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, Abşeron rayonunun Qobu qəsəbəsində məktəblərin yaxınlığında, hətta daxilində narkotik vasitələrin satışı ilə bağlı məlumat polis əməkdaşları tərəfindən dərhal nəzarətə götürülərək tam və hərtərəfli araşdırılıb:

"Polis əməkdaşları həmin məktəbdə olublar. Fakt təsdiqini tapmayıb. Ümumiyyətlə, tək Qobu qəsəbəsində deyil, ölkəmizin bütün bölgələrində polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

Bundan başqa, polis əməkdaşları tərəfindən mütəmadi olaraq aidiyyəti dövlət qurumlarının nümayəndələri və müvafiq sahənin mütəxəssisləri cəlb edilməklə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına vurduğu zərər və doğurduğu təhdidlər barədə təhsil müəssisələrində maarifləndirmə tədbirləri təşkil edilir, şagirdlərlə söhbətlər aparılır".

OXŞAR XƏBƏRLƏR

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...