Bakıda qəbiristanlıqdan sinə daşını oğurlayan şəxs saxlanıldı

Kriminal
13:00 / 10.11.2021
911
Bakı şəhəri Hövsan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdakı məzarların birindən sinə daşı oğurlanıb.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis Şöbəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 9-da Hövsan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdakı məzarların birindən sinə daşını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov müəyyən edilərək saxlanılıb.