Əfqanıstanda “ASAN Xidmət” yaradıldı - FOTOLAR

Əfqanıstanda “ASAN Xidmət” yaradıldı - FOTOLAR
 
 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstan İslam Respublikasında səfərdədir. 

 

"ASAN Xidmət”dən Publika.az-a verilən məlumata görə, iyulun 12-də Əfqanıstan Prezidentinin sarayında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Anlaşma Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstan Respublikasının Maliyyə Nazirliyi arasında imzalanıb. Memorandumun məqsədi Azərbaycanın "ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi mexanizminin təsis edilməsidir.

 

İmzalanma mərasimində Əfqanıstanın nazirləri, millət vəkilləri və digər yüksək vəzifəli nümayəndələri iştirak ediblər. Mərasimdən sonra mətbuat konfransı keçirilib. Dövlət Agentliyinin sədri İ.Kərimov Azərbaycan-Əfqanıstan dostluq və tərəfdaşlıq münasibətlərindən danışıb. O, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqtisadi, sosial və dövlət idarəçilyi sahəsində həyata keçirilən uğurlu islahatlardan və bu islahatların tərkib hissəsi olan "ASAN xidmət”in fəaliyyətindən bəhs edib.

 

Əfqanıstanın maliyyə naziri E.Hakimi dövlət xidmətlərinin göstərilməsi sahəsində məhz Azərbaycan modelinin seçilməsi ilə bağlı məmnunluğunu bildirib və növbəti illərdə onun uğurla tətbiqinə əminliyini ifadə edib. Qeyd edək ki, artıq Əfqanıstanda eyniadlı qurum təsis edilibdir (www.asan.gov.af).

 

Daha sonra Anlaşma Memorandumunu imzalayan tərəflər dövlət başçısının sarayında Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani tərəfindən qəbul edilib. 

 

Fotoları təqdim edirik:

 

 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR

Samaranın keçmiş meri və xanımı güllələndi

Rusiyanın Samara şəhərinin keçmiş meri Viktor Tarxov və həyat yoldaşı güllələnərək öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orq...

Azərbaycan beynəlxalq məhkəməyə müraciət üçün hazırlıq işləri aparır

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıq...

Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adının hallandığı torpaq qalmaqalı ...

Həbsxanadan qaçan cinayətkarlar 140-dan çox qadın məhbusu öldürdülər

Konqonun Qoma şəhərində dəhşətli hadisə baş verib. Həbsxanadan qaçan cinayətkarlar həbsxananın qadın bölməsinə basqın edərək yüzlərlə qadına təcavüz edib, sonra...

Azərbaycanda iki nazir vəzifəsiBOŞDUR

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilib və Prezidentin iqlim məsələləri üzrə n...

Laçının Bəylik kəndi yenidən qurulur - Hansı işlər görülür?

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçının Bəylik kəndində də quruculuq işləri davam etdirilir.   Bir neçə aydan sonra illərlə y...